“Koronavirusla mübarizə aprel ayında daha da çətin olacaq” – Fransanın baş naziri


Fransanın Baş naziri Eduard Filip, Səhiyyə naziri Veren Olivier koronavirusla mübarizə məqsədi ilə  mətbuat konfransı təşkil edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusla bağlı açıqlama verən nazir, hazırki vəziyyətin aprel ayında  daha da pisləşəcəyini deyib: " Fransa, hal-hazırda bənzəri olmayan bir böhranla qarşı-qarşıyadır. Dünyada olan insanların təqribən yarısı evlərində qalır və bu bir ilkdir. Mübarizə yeni başlayır, aprel ayının ilk 15 günü, əvvəlki 15 gündən daha çətin olacaq".
Ölkədə virusun sürətlə yayıldığını və yoluxma sayının hər 3-4 gündən bir 2 qat artdığını bildirən, E.Filip, koronavirusa qarşı tədbirlərin vaxtında alındığını bildirib.
Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top