İstanbul hava limanında qalan azərbaycanlı tələbələr prezidentə müraciət etdilər: " Çətin vəziyyətdəyik" - VİDEO


4 gündür İstanbul hava limanında qalan azərbaycanlı tələbələr ölkəyə qayıtmaq üçün Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
Yeniavaz.com-a müraciət edən tələbələr vəziyyətlərinin çox çətin olduğunu bildiriblər: 
“Hörmətli, cənab prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva! Biz İstanbul hava limanında 80 tələbə çox çətin vəziyyətdə qalmışıq. Bizi bu çətin vəziyyətdən yalnız siz xilas edə bilərsiniz. Tələbələr olaraq, bizimlə birlikdə olan yaşlı və xəstə insanların adından xahiş edirik ki, bizi çətin və çıxılmaz vəziyyətdən xilas edəsiniz. Burda elə azərbaycanlılar var ki, vəziyyətləri olduqca kritikdir. Çox xahiş edirik ki, bizə ölkəmizə qayıtmaqda köməklik göstərəsiniz”. 

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top