Koronavirus havada qalırmı? - Dünya Səhiyyə Təşkilatından AÇIQLAMA


Koronavirus insandan-insana hava yolu ilə keçmir.
Bu barədə məlumat Dünya Səhiyyə Təşkilatının (DST) rəsmi “Facebook” səhifəsində yayılıb.
Məlumata görə, COVID-19 yalnız virus daşıyıcılarının öskürmə, asqırma və ya danışdıqları zaman saçılan damcılar yolu ilə yoluxma gerçəkləşə bilər.
Qeyd edilib ki, damcılar çox ağır olduğuna görə havada qalmır, dərhal düşür.
Bu səbəbdən DST insanlar arasında ən azı 1 metr məsafəni qorumağa, əlləri tez-tez yumağa və göz, burun və ağıza isə toxunmamağa çağırır. (report)

DİGƏR XƏBƏRLƏR

Top