Kəmaləddin Heydərov və Elçin Quliyev karantində olan vətəndaşlarla görüşüblər


Martın 29-da Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar naziri general-polkovnik Kamaləddin Heydərov Rusiya Federasiyasından avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin tədbirlərinə cəlb olunmuş vətəndaşlarla görüşmək məqsədilə həmin ərazidə olublar.
DSX-dan verilən məlumata görə, hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında geniş məlumat verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə  ciddi riayət edilməsinin vacibliyi izah olunub.
Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma vəziyyətinə baxış keçirilib, üzləşdikləri problemlərlə maraqlanılıb, xahiş və müraciətləri dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə öz həllini tapması üçün tədbirlər görülüb. Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrılmış yerlər və oradakı şərait öyrənilib, vətəndaşların və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri göstərişlər verilib. 

DİGƏR XƏBƏRLƏR

Top