Mingəçevirdə itkin düşən qız tapıldı


Mingəçevirdə itkin düşən qız tapıldı.
Mingəçevir şəhər sakini, 9-cu sinif şagirdi  Səidə Səfərovanın iki gün əvvəl itkin düşdüyü barədə yaxınları sosial şəbəkədə məlumat paylaşmışlar. Məsələ ilə bağlı itkin düşən qızın atası Arzu Səfərov ilə əlaqə saxladıq. Səidənin atası məlumat verərək bildirdi ki, bu gün artıq Səidə tapılıb. Hadisənin ötən gün baş verdiyini bildirən Arzu Səfərov qeyd edib ki, qızı öz bacısının evində eyvanda gizlənibmiş: "Bütün qohumlar bizdə olduğundan qız evdən çıxaraq bacımın eyvanında gizlənib. İndi sağ salamatdır və qız evdədir".

Esmira Hidayətova, Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top