Koronavirusun yayılması ilə əlaqədar Bakı sakinləri arasında qoruyucu maskalara tələbat gündən-günə artır. Nəticədə paytaxtda apteklərdə maska qıtlığı yaşanır.
Yeniavaz.com xəbər verir ki, bu, report-un Bakıda yerləşən bir neçə aptekdə apardığı araşdırmadan məlum olub.
Əczaçılar sorğumuza cavab olaraq satışda maska qalmadığını bildiriblər. Məlum olub ki, bəzi apteklərə günaşırı, bəzilərinə isə 2-3 gündən bir 50 ədəd maska verilir və hamısı dərhal satılır.