Sərhəddə karantinə götürülənlər etiraz edirlər: “Tabutumuz yerdə qalıb” – VİDEO


“Tabutumuz yerdə qalıb, meyit iylənir”.
Bu sözləri, Samur sərhəd keçid məntəqəsində karantinə götürülmüş Şəmkir rayon sakini Rövşən İsmayılov Yeniavaz.com-a buradakı vəziyyətlə bağlı məlumat verərkən deyib. O bununla bağlı görüntüləri də redaksiyamıza göndərib və bildirib ki, dəfələrlə müraciət etsələr də, heç kim bu məsələ ilə maraqlanmır. R. İsmayılov həmçinin, saxlanıldıqları düşərgədə nahar zamanı kadrlar çəkib. Kadrlarda insanların əksəriyyətinin adyala bürünməsi və antisanitar vəziyyət diqqəti çəkir. Düşərgədə azyaşlı uşaqların olması da müşahidə olunur. Kadrlarda, azyaşlıların valideynləri uşaqların xəstələndiyini və “palatkalar”da üşüdüyünü bildirirlər. Karantinə götürülənlərin dövlət rəsmilərindən xəstəxana şəraiti və normal qidalanma tələb etdiyi müşahidə olunur.
Sözügedən kadrları təqdim edirik:

Xatırladaq ki, daha əvvəl də Samur sərhəd keçid məntəqəsində karantinə götürülən şəxslərdən biri Yeniavaz.com-a müraciət etmiş və buradakı vəziyyətin anormallığı ilə bağlı məlumat və kadrları redaksiyamıza təqdim etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top