Bakıda pnevmoniyadan ölən altı yaşlı uşaqla bağlı RƏSMİ AÇIQLAMA


“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” martın 26-da, saat 12:30-da Bakının Yasamal rayonunda, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2014-cü il təvəllüdlü Fərhad Əliyevin vəfat etməsi məsələsinə münasibət bildirib. Yeniavaz.com xəbər verir ki, TƏBİB-in Mətbuat Katibi Rəvanə Əliyeva oxu.az-a açıqlamasında bildirib ki, ölüm səbəbinin tam dəqiqləşdirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rəyini gözləmək lazımdır: “Uşaq xəstəxanaya çatdırılan zaman vəfat edib. Kəskin qarın simptomu diaqnozu ilə xəstəxanaya daxil olub”.

DİGƏR XƏBƏRLƏR

Top