C0VID-19-un yayılmağa başladığı Uhanda həyat normallaşdı - FOTOLAR


Yeni növ koronavirusun yayılmağa başladığı Çinin Uhan şəhərində karantin rejimi sona çatdı.
Yeniavaz.com
"Sözcü"yə istinadla xəbər verir ki, Uhanda insanlar karantin rejimi götürüldükdən sonra normal həyatlarına davam etməyə başlayıblar. Yeni yayılan görüntülərdə həm metro həm də şəhərin küçələrinin insanlarla dolu olduğu görülür.
Qeyd edək ki, yeni növ koronavirus ilk dəfə Çinin Uhan şəhərindən yayılmağa başlamışdı. Son rəqəmlərə görə, 597 min nəfər həmin xəstəliyə yoluxub, 27 min 365 nəfər isə məlum virus səbəbilə dünyasını dəyişib. ABŞ-da, Avropada və dünyanın bir çox ölkəsində yoluxanların və ölənlərin sayı durmadan artır. 


Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top