Azərbaycanda tanınmış şirkət müştərilərin kredit ödənişlərinə fasilə verdi


“İrşad Electroniks” şirkəti koronavirusla əlaqədar müştərilərinin aprel ayı üçün ödənişlərinə fasilə verib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin feysbuk səhifəsində məlumat yayılıb. Şirkət krediti düşünmək əvəzinə, müştəriləri həyatlarını düşünməyə səsləyib. 

Bildirilir ki, “Covid-19” virusu ilə əlaqədar olaraq müştərilərə dəstək olmaqla bağlı aprel ayı üçün aylıq ödənişlərə 1 aylıq fasilə verilib. Belə ki, şirkətin 28 mart tarixindən etibarən bütün filialları fəaliyyətini müvəqqəti olaraq dayandırır.

Bu günlər ərzində sadəcə onlayn sifariş üzrə nağd və taksitli alışlar həyata keçiriləcək

DİGƏR XƏBƏRLƏR

Top