Mingəçevir və Yevlax şəhərlərinə də giriş-çıxış məhdudlaşdırılıb


Kornovirus təhlükəsi ilə əlaqədar Mingəçevir, Yevlax şəhərlərinə giriş və çıxış məhdudlaşdırılıb. 
Yeniavaz.com
xəbər verir ki, səhər saatlarından etibarən şəhərin hər iki çıxış istiqamətlərini polis əməkdaşları tam nəzarətə götürüb. Postlara yaxınlaşan sürücülər qeydiyyatda olduqları ünvan müəyyən edildikdən sonra onlara şəhərə giriş-çıxışın mümkün olub olmadığı izah edilir. Bildirilir ki, müəyyən olunmuş hallar xəstə aparan, xüsusi texnika və vətəndaşlar istisna olmaqla şəhərə giriş və çıxış tam məhdudlaşdırılıb. Sürücülərdə mövcud vəziyyətlə əlaqəli verilən qərarları anlayışla qarşılayırlar. Qeyd edək şəhərin nəzarət məntəqələri ilə həmsərhəd ərazidə Yevlax Polis Şöbəsi əməkdaşları da post quraraq hərəkət məhdudiyyətinə nəzarət edir. 

Esmira Hidayətova - Mingəçevir, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top