​“Azərişıq”ın əməkdaşları ahıl vətəndaşlara köməklik göstərirlər - VİDEO


“Azərişıq”ın əməkdaşları koronavirusla mübarizədə gigiyenik təhlükəsizlik qaydalarına riayət edərək xalqa xidmət edirlər.
Bu xidmətdən razı qalan Sumqayıt şəhər sakini kommunal borcunu ödəməkdə ona kömək edən "Azərişıq" əməkdaşına video çəkərək təşəkkür edib və görüntüləri sosial şəbəkədə paylaşıb.
Məsələ ilə bağlı “Azərişıq ASC”nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. O Yeniavaz.com-a bildirdi ki, Bakı və digər şəhərlərdə, qəsəbə və kəndlərdə bütün işlər maksimum şəkildə onlayn həyata keçirilir: “Azərişıq”ın xalqla təmasda olan bütün əməkdaşları, yəni onlayn xidmət göstərilməsi mümkün olmayan, evində internet olmayan abonentlərə əməkdaşlarımız tərəfindən kömək göstərilir. Bütün əməkdaşlar Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tövsiyyələrə əməl edirlər. Hər bir əməkdaş bu mövzuda maarifləndirilib. Onların hər birinə maska, əlcək və spirtlər alınıb paylanılıb”.

İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top