Evdən çıxmaları qadağan edilən vətəndaşların SAYI


Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirus (COVID-19) infeksiyasına yoluxma riski çox olan yaşı 65-i ötmüş vətəndaşların 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək evdən çıxmaları qadağan edilib. 
Yeniavaz.com açıqlanan rəsmi rəqəmlərə istinadən bildirir ki, evdən çıxmaları qadağan edilən vətəndaşlar ümumi əhalinin 6,8%-ni təşkil edir. Belə ki, açıqlanan son rəsmi məlumata görə ölkə əhalisinin 678,3 min nəfərinin yaşı 65-dən yuxarıdır. Onlardan 358,9 min nəfəri 65-70 yaş arası, 401 min nəfəri isə 70 yaşdan yuxarı olanlardı. 
Bundan başqa dövlət qulluğunda çalışan və yaşı 65-dən yuxarı olan şəxslərin sayı 379 nəfər olub və bunlar dövlət qulluqçularının ümumi sayında 1,3% olub. 

DİGƏR XƏBƏRLƏR

Top