Covid 19 pandemiyası ölkəmizdə bir sıra xidmətlərin fəaliyyətini sual altında qoyub. Belə ki, vətəndaşları narahat edən məsələlərdən biri də hərbi xidmətə çağırışla bağlıdır. Saytımıza hərbi xidmətə çağırışla bağlı daxil olan sualları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli Hüseynova ünvanladıq.
O bildirib ki, “Hərbi vəzifə və hərbi xidmətə çağırışla bağlı" qanuna görə ildə 4 dəfə hərbi xidmətə çağırış olur və bu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həyata keçirilir:
“Bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. Martın 30-u apreldə hərbi xidmətə çağırılanlarla bağlı Milli Məclisin iclasında müzakirə olunacaq, Prezidentin sərəncamı gözlənilir”.
Füzuli Hüseynov qeyd edib ki, koronavirus pandemiyasının Azərbaycanda yayılması ilə bağlı hərbi xidmətə çağırışın gecikdirilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyəti çərçivəsində deyil.
İlhamə Kələyeva