Bakıda küçədən “parkovşik”in meyiti tapıldı


Bakıda ölüm hadisəsi baş verib.
Yeniavaz.com “MediaPost”-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayonun küçələrininin birində naməlum kişi meyiti aşkar edilib.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində ölən şəxs küçələrin birində avtodayanacaq nəzarətçisi kimi çalışan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Məmmədov Fəxrəddin Eyyub oğlu olması müəyyən olunub.
Meyitin ilkin müayinəsi zamanı F.Məmmədovun kəskin ürək çatışmazlığından öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top