Qubada ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanıldı


Mart ayının 26-da Quba Rayon Polis Şöbəsinə rayonun Rustov kəndi yaxınlığında yerləşən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının alınmasında iştirak ediblər.
Əsasən fiziki qüvvə ilə yanğının qarşısı vaxtında alınıb və alovun miqyasının böyüməməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.
Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin ərazidə ehtiyatsızlıqdan quru ot və kolların yanmasına səbəb olan rayonun Qamqam kənd sakini V. Məhsimov saxlanılıb.
Dindirilmə zamanı o, yanğının ehtiyatsızlıq nəticəsində baş verdiyini etiraf edib.

DİGƏR XƏBƏRLƏR

Top