Koronavirusla bağlı sayta haker hücumu olub

Koronavirusinfo.az saytına haker hücumu olub.

Yeniavaz.com Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, bu gün saat 15:30 radələrində Operativ Qərargah tərəfindən yaradılmış www.koronavirusinfo.az məlumat portalına haker hücumu olub.

Texniki heyət tərəfindən hücumun qarşısı alınsa da, portalın fəaliyyətində bəzi texniki problemlər yaranıb.

Qısa müddətdə problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, hazırda portal normal iş rejimində fəaliyyətini davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top