PKK terrorçularının minaatanlardan açdığı atəş nəticəsində İraqın şimalında 2 türk əsgəri şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə Haftanin rayonunda qeydə alınıb. Terrorçuların açdığı atəş nəticəsində habelə daha 2 türk əsgəri yaralanıb.
Nazirlik bildirib ki, düşmənin obyektlərinə cavab atəşi açılıb, hədəflər məhv edilib və ölən hərbçilərin qisası alınıb. //Report