Qadın bayram tonqalında yandı – Vəziyyəti ağırdır

Ucar sakini Novruz bayramında bayram tonqalında yanıb.

Yeniavaz.com Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.

Kənd sakini, 1998-cu il təvəllüdlü Səkinə Sərdar qızı Həsənova bayram tonqalına yıxılaraq yanıb.

Zərərçəkən Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. S. Həsənovanın yanıq xəsarətləri ağır olduğundan müalicəsini davam etdirmək məqsədi ilə o, Bakıdakı xəstəxanalardan birinə aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Top