"Real Madrid"in sabiq prezidenti koronavirusdan öldü


İspaniyanın "Real Madrid" klubunun sabiq prezidenti Lorenso Sans vəfat edib. 

L.Sans 76 yaşında koronavirusdan dünyasını dəyişib. 

O, bir neçə gün əvvəl yüksək temperaturla xəstəxanaya çatdırılıb. Sabiq funksionerin koronavirus analizi müsbət nəticə verib. 

Qeyd edək ki, Lorenso Sans 1995 - 2000-ci illərdə "Real Madrid"ə rəhbərlik edib. Daha sonra o, yerini hazırkı klub prezidenti Florentino Sansa verib. //Report

DİGƏR XƏBƏRLƏR

Top