Alimlər yeni növ koronavirusun necə ortaya çıxması barədə araşdırma nəticələrini yayıblar.
Yeniavaz.com “Milliyət” qəzetinə istinadla xəbər verir ki, dünyanın bir neçə ölkəsindən olan alimlərin birgə apardığı araşdırmanın nəticəsinə görə, COVİD-19-un təbii yollarla ortaya çıxdığı öyrənilib. “Nature Medicine” jurnalında yayımlanan məqalədə virusun laboratoriyada hazırlandığına dair yayılan iddiaların düzgün olmadığı bildirilib. Alimlərin sözlərinə görə, COVİD-19-un xüsusiyyətlərinə nəzər saldıqda müasir elmdə bu cür virusun süni yollarla hazırlanmasının mümkün deyil. Virusun insanın ölümünə səbəb olacaq şəkildə formalaşmasına diqqət çəkən alimlər bu cür xəstəliklərin gələcəkdə artamaq ehtimalının çox olduğunu bildirib.
Ruslan Yusibov