Türkiyəli məşhurdan Mübariz Mənsimova DƏSTƏK: "Sonuna qədər yanındayam" - FOTO


Türkiyənin məşhur müğənni, aktyor və eyni zamanda rejissoru olan Mahsun Kırmızıgül martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə sosial şəbəkədə paylaşım edib.

Yeniavaz.com xəbər verir ki, sənətçi rəsmi feysbuk səhifəsində status yazaraq M. Mənsimova dəstək olub, ona azadlıq diləyib:

“Türkiyədə bir qəpik qazanmadan dünya dənizlərində işçi olaraq bütün qazandığını ölkəyə yatıran Azərbaycan xalqının qiymətlisi, Türkiyə sevdalısı, dostum Mübariz Mənsimov həbs olunaraq cəza evinə aparılıb. 20 illik dostum olan Mübariz Mənsimovun tezliklə azadlığa qovuşmağını diləyirəm. Sonuna qədər onun yanındayam”.

DİGƏR XƏBƏRLƏR

Top