Kişi arvadını və oğlunu bıçaqladı


Göyçay rayonunda ailə münaqişəsi qanla nəticələnib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Seyidov Qəfər Sadıq oğlu ailə münaqişəsi zəminindı arvadı, 1967-ci il təvəllüdlü Seyidova Dürdanə Ələddin qızı və oğlu, 1987-ci il təvəllüdlü Seyidov Qəzənfər Qəfər oğlunu bıçaqlayıb. Q.Seyidov bud, çənə və qarın, D.Seyidova isə döş qəfəsi, qol və qarın nahiyəsindən bıçaq xəsarəti ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top