Ermənistanda koronavirusa yoluxanların sayı 30 nəfərə çatıb

 

Ermənistanda daha iki nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Bunu “Facebook” səhifəsində səhiyyə naziri Arsen Torosyan yazıb.

Onun sözlərinə görə, hazırda Ermənistanda virusa yoluxanların sayı 30 nəfərdir. Bildirilib ki, 300 nəfər isə koronavirusa yoluxma şübhəsi ilə karantinə alınıb.

Qeyd edək ki, Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də qeydə alınıb. // report

DİGƏR XƏBƏRLƏR

Top