ABŞ böyük həcmdə ucuz neft almağa hazırlaşır

ABŞ strateji ehtiyatlar üçün qiymətlərin ucuzlaşmasından istifadə edib böyük həcmdə neft almaq fikrindədir.

Bu barədə Donald Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, hökumət neft ehtiyatlarını doldurmaq fikrindədir:

“Mən energetika nazirinə tapşırmışam ki, strateji ehtiyatlar üçün yaxşı qiymətə böyük həcmdə neft alsın. Bu qərar ABŞ vergi ödəyicilərinə milyardlarla dollar gətirə və sənayeyə kömək edə bilər”.//oxu.az

DİGƏR XƏBƏRLƏR

Top