Azərbaycan iqtisadiyyatının vəziyyəti açıqlandı – SON RƏQƏMLƏR


2020-ci ilin yanvar-fevral aylarında ölkədə istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8% artaraq 12 milyard 578 milyon manat təşkil edib.
Yeniavaz.com açqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 6,7% artıb, neft-qaz sektorunda isə 2,1% azalıb.
Məlumat üçün bildirək ki, bu ilin yanvar ayında iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 4,9% artıb, neft-qaz sektorunda isə 0,7% azalıb. Yola saldığımız 2019-cu ildə isə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 0,4% artıb.

DİGƏR XƏBƏRLƏR

Top