Britaniyada nazir müavini koronavirusa yoluxdu


İngiltərənin Səhiyyə Nazirliyinin xəstələrin təhlükəsizliyi məsələləri üzrə müavini Nadin Dorris koronavirusa yoluxub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə N.Dorris özü məlumat verib.
"Koronavirusla bağlı analizlərimin müsbət nəticə verdiyini təsdiq edə bilərəm. Bu barədə mənə məlumat verən kimi evdə bütün lazımi tədbirləri gördüm və özümü təcrid etdim” – deyə, o, qeyd edib.
62 yaşlı N.Dorries İngiltərə Xalq Sağlamlığı Agentliyinin onun səhhətini yaxından təqib etdiyini vurğulayıb. Britaniya KİV-inin məlumatına görə, N.Dorris ötən gün ölkənin baş nazirinin qəbulunda olub və növbəti gün özünü pis hiss edib. Britaniyada son bir gündə 54 nəfər koronavirusa yoluxub və ölkə üzrə koronavirusa yoluxanların sayı ümumilikdə 382 nəfərə çatıb. 6 nəfər isə koronavirusundan dünyasını dəyişib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top