Milli Məclisin ilk iclasına sədrliyi bu deputat edəcək - Bu gün keçiriləcək

Bu gün VI çağırış Milli Məclisin ilk plenar iclası keçiriləcək.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

Parlamentin ilk iclasına sədriliyi ən yaşlı deputat, yəni, Fəttah Heydərov edəcək.

Milli Məclisin birinci iclasında əvvəlcə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. Bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirəcək.

DİGƏR XƏBƏRLƏR

Top