Maşın körpüdən aşdı: Ölən var - Azərbaycanda


Astara rayonunda avtomobil körpüdən aşıb.

Hadisə Ələt-Astara avtomobil yolunun Astaranın Şahağacı kəndi ərazisindən keçən hissəsində baş verib.

1967-ci il təvəllüdlü Cəlilabad sakini Fazil Ağarəhim oğlu Quliyevin idarəetməni itirməsi nəticəsində 99-SF-033 dövlət qeydiyyat nömrə nişanlı "Lexus" markalı avtomobil körpüdən aşaraq su arxına düşüb.
Nəticədə sürücü dünyasını dəyişib. FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin 6 nəfər canlı qüvvəsi xüsusi alət və avadanlıqların köməyilə deformasiyaya uğramış avtomobildən sürücünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır. /APA

DİGƏR XƏBƏRLƏR

Top