Əli Babacanın yeni yaratdığı partiyanın təşkilat komitəsi açıqlandı – SİYAHI


Türkiyədə keçmiş İqtisadiyyat və Xarici İşlər naziri Əli Babacanın rəhbərliyində yaradılan yeni siyasi partiyanın təşkilat komitəsinin siyahısı açıqlanıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, siyahıda, ölkənin siyasi həyatında əhəmiyyətli yer sahibi olan xeyli sayda insanla birlikdə 90 nəfərin adı var.
Partiyanın təşkil edilməsi ilə bağlı ərizənin bu gün Daxili İşlər Nazirliyinə təqdim edilməsi gözlənilir. Partiyanın yaradılması ilə bağlı keçiriləcək ilcasın, həftənin üçüncü günü paytaxt Ankarada baş tutacağı ehtimal edilir.
Qeyd edək ki, təşkilat komitəsi ilə bağlı ictimaiyyətə verilən informasiyanın tərkibində yeni partiyanın adı və emblemi ilə bağlı heç bir məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top