Autizmli uşaqlar Mehriban Əliyevanı belə təbrik etdilər - VİDEO


Sabah bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunacaq. Azərbaycandan olan autizm sindromlu uşaqlar bu münasibətlə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya fərqli şəkildə təbrik ünvanlayıblar. Onlar öz təbriklərini video vasitəsilə çatdırıblar. Belə ki, “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzinin sakinləri Mehriban Əliyeva üçün bayram tortu hazırlayaraq öz təbriklərini videoçarx vasitəsilə göndəriblər. Kadrların sonunda uşaqlar, “dəyərli Mehriban xanım, Sizi və simanızda bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edirik”, - deyirlər.

Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top