Koronoavirusu 30 dəqiqəyə müəyyən etmək mümkün olacaq - CİHAZ HAZIRLANDI


Çinin Syamen Universitetinin tədqiqatçıları koronavirusa yoluxmanı qısa müddətdə müəyyən etməyə imkan verən cihaz hazırlayıblar.
“Jenmin jibao” qəzeti yazır ki, cihaz orqanizmdə koronavirus olub-olmadığını 30 dəqiqə ərzində müəyyən edir.
Artıq yeni cihazdan 90 min dəst epidemiyanın baş qaldırdığı Hubey əyalətindəki xəstəxanalara və tibb mərkəzlərinə göndərilib.
Ehtimal olunur ki,  bu cihazlar sayəsində ləngimələrin qarşısı alınacaq, analizlərin aparılmasında həkimlərin əməyi xeyli yüngülləşəcək. (APA)

DİGƏR XƏBƏRLƏR

Top