Xameneidən koronavirusla bağlı diqqət çəkən açıqlama - Gizlədilir...


İranın Ali dini lideri Əli Xamenei koronavirusla bağlı bəzi faktların gizlədildiyini irəli sürüb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Xamenei İranda koronavirusla bağlı bütün məlumatların ictimaiyyətlə paylaşıldığını ancaq, bəzi ölkələrin həmin informasiyanı gizlətdiyini bildirib: "Rəsmilərimiz ilk gündən bu yana koronavirusla bağlı bütün informasiyaları şəffaf şəkildə açıqlayıblar, insanları məlumatlandırıblar. Ancaq, bəzi ölkələrdə "Covid-19"un daha çox yayılmasına baxmayaraq, hələ də gizlədilir".
Qeyd edək ki, son rəqəmlərə görə, İranda 77 nəfər koronavirus səbəbilə dünyasını dəyişib. 2 min 336 nəfər isə həmin virusa yoluxub.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top