İran-Azərbaycan sərhədində olan Gürcüstan vətəndaşlarının ölkəyə hərəkəti artıq təmin olunub.
Yeniavaz.com “report”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu, Azərbaycanla aparılan məsləhətləşmələr sayəsində mümkün olub:
“Gürcüstan hökumətinin Azərbaycan ilə məsləhətləşmələri nəticəsində ölkə vətəndaşları üçün İran-Azərbaycan sərhədindən vətənə yola düşmək imkanı yaradılıb”.