Koronavirusa görə xəstəxanaya aparılan iranlılarla bağlı YENİ XƏBƏR


"Holiday Inn Baku" hotelinin rəhbərliyi bu hotelin iranlı müştərilərinin koronavirusla bağlı xəstəxanaya yerləşdirilməsi xəbərinə rəsmi münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, hoteldən "Report"a bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən hoteldə qonaqlayan 2 xarici vətəndaş yoxlamaya alınıb və koronovirusla bağlı simptomların heç biri onlarda aşkarlanmayıb:

"Həmin vətəndaşlar sərhəddən keçərkən yoxlanılıblar və 1 saylı Kliniki Tibbi Mərkəzdə təkrar yoxlanma (inkubasiya dövrü) məqsədilə qeydiyyata alınıblar. Yoxlama nəticəsində onlarda virus aşkarlanmayıb və artıq öz ölkələrinə geri dönüblər".

Qeyd edək ki, Bakıda "Holiday Inn Baku" hotelinin iki, digər hotellərin isə üç iranlı müştərisi koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top