Türkiyə 3 ölkəyə uçuşları dayandırdı


Türkiyə bu gecədən etibarən 3 ölkəyə - İtaliya, Cənubi Koreya və İraqa uçuşları dayandırdı.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. 

F.Koca qeyd edib ki, hər 3 ölkədə koronavirus yayıldığı üçün ehtiyat tədbiri olaraq bu addım atılıb: "“Türkiyədən İtaliyaya, Cənubi Koreyaya və İraqa uçuşlar dayandırılıb. İraq ilə sərhəd maşın və sərnişin keçidinə də bağlanmışdır. Bu addım mövcud şəraitlə əlaqəli və müvəqqətidir".
Xatırladaq ki, daha öncə Çin və İranla gediş-gəliş dayandırılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top