AZAL təbriklər üçün 48 min manat xərcləyəcək - RƏSMİ


“Azərbaycan Hava Yolları” Qapalı Səhimdar Cəmiyyəti (AZAL) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
-un məlumatına görə, tender müsabiqəsinin qalibi "Venovas" MMC şirkəti olub. Müsabiqənin şərtinə görə "Venovas" MMC AZAL-ın sifarişlərinə əsasən xüsusi dizaynlı, müxtəlif formatda təbrik ünvanlarının hazırlanıb AZAL-ın təqdim etdiyi ünvana çatdırılması xidmətini həyata keçirəcək.
Müsabiqənin şərtlərinə görə "Venovas" MMC 13.02.2020-ci il tarixindən 31.12.2020-ci il tarixinədək hazırlayacağı və ünvana çatdıracağı təbriklər üçün AZAL-dan 47 min 700 manat pul alacaq.
Nizamnamə kapitalı 10 manat olan "Venovas" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adığözəlov küçəsi, ev 5, m 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi Babayeva Şəfəq Şaiq qızıdır. Açıq internet resurslarda "Venovas" MMC barədə heç bir məlumata rast gəlmək mümkün deyil.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top