Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.
Onun sözlərinə görə, hazırda yaralı olan hərbçilər intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur.
***01:42
Suriyada Türkiyə hərbçilərinin şəhid sayı artıb. Hatay valisi Rahmi Doğanın sözlərinə görə 22 türk əsgəri şəhid olub.
***01:14
"Suriyanın İdlib bölgəsində Türkiyə Ordusu rejim tərəfindən hava zərbəsi hücumuna məruz qalmışdır. 9 türk əsgəri şəhid olmuşdur".
Yeniavaz.com İHA-ya istinadən xəbər verir ki, bunu Hatay valisi Rahmi Doğan açıqlayıb. Valinin sözlərinə görə, ağır yaralılar var: "Ağır yaralılarımız var. Yaralılar Cilvegözü sərhəd keçid məntəqəsindən Türkiyəyə gətirilmişdir. Müalicələri davam edir. Xəstəxanalarda qana ehtiyac yoxdur".