Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayandırıldı, sərnişinlər təxliyə olunur


Saat 15.48-də Metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. 

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, xətlərin bütün sahələrində gərginlik bərpa olunub. Yalnız "Həzi Aslanov" - "Xalqlar Dostluğu" sahəsində gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın ("Həzi Aslanov", "Əhmədli", "Xalqlar Dostluğu") fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur. 
Hazırda tunellərdə qalan qatar yoxdur. 
 
***16:19
Bakı metrosunda gərginliyin düşməsi nəticəsində qatarların hərəkətində fasilə yaranıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, ”Koroğlu” metrostansiyasından “Həzi Aslanov”a qədər gərginliyin düşməsi müşahidə olunub, bu da qatarların hərəkətində fasiləyə səbəb olub.
Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top