Putin köməkçisini işdən çıxardı


Rusiya prezidenti Vladimir Putin köməkçisi Vladislav Surkovu işdən azad edib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar Kremlin saytında dərc olunub.
Qərarda deyilir:
“Surkov Vladislav Yuri oğlu Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsindən azad olunsun”.
Fərmanda eyni zamanda qərarın imzalandığı tarixdən etibarən qüvvəyə minəcəyi bildirilib.
Qeyd edək ki, V.Surkov bu vəzifəni 2013-cü ildən etibarən icra edir. Onun əsas işlərdindən biri də Rusiya və Ukrayna arasında baş verən məsələlərə nəzarət  etmək, “Normandiya dördlüsü” formatında həyata keçirilən işlərdə iştirak etmək idi.

DİGƏR XƏBƏRLƏR

Top