Rusiya Müdafiə Nazirliyi: Türkiyə İdlibdə uğursuz oldu


Rusiyanın Müdafiə Nazirliyi Suriyanın İdlib şəhərində son günlər vəziyyətin gərginləşməsi ilə bağlı açıqlama verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, açıqlamada, İdlibdə Türkiyənin müaxlif qüvvələrlə terrorçuları ayırd etməkdə uğursuz olduğu bildirilib. Qeyd olunub ki, Türkiyənin Suriya sərhəddinə xeyli sayda əsgər və texnika gətirməsi isə vəziyyəti daha da çətinləşdirib.
Qeyd edək ki, son günlərdə Bəşər Əsədin tabeçiliyindəki ordu tərəfindən İdlibə zərbələr endirilmiş və nəticədə 13 Türkiyə əsgəri şəhid olmuşdu. Türkiyənin həmləsi isə Suriya ordusunda onlarla ölümə səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top