Fevral ayı digər aylardan niyə qısadır? - MARAQLI SƏBƏB


Bildiyimiz kimi hazırda dünyanın əksər ölkəsində, o cümlədən də Azərbaycanda "Qriqori təqvimi" adlandırılan təqvimdən istifadə olunur.
Yeniavaz.com xəbər verir ki, hazırda istifadə etdiyimiz "Qriqori təqvimi" Roma Papası XIII Qriqorinin göstərişi ilə tərtib olunub. 4 oktyabr 1582-ci ildən tətbiq olunan bu təqvim daha əvvəlki "Yuli təqvimi"nin üzərində hazırlanıb.
"Qriqori təqvimi" və ya əvvəlki forması hesab olunan "Yuli təqvimi"ndə ən diqqət çəkən fevral ayındakı günlərin digər aylara nisbətən az olmasıdır.
Fevral ayı istisna olmaqla digər aylar ya 30, ya da 31 gündən ibarətdir. Yalnız fevral ayı 28 gündən (dörd ildən bir 29 gün) ibarətdir.
Məlumat üçün bildirək ki, "Yuli təqvimi" Roma hökmdarı  Yuli Sezarın şərəfinə adlandırılıb. Eramızdan əvvəl 1-ci əsrdə Yuli Sezar Romada istifadə olunan təqvimin üzərində bir-sıra dəyişikliklər etdirərək  bu gün "Yuli təqvimi" adlandırılan təqvimi hazırladıb.
Yuli Sezarın göstərişindən əvvəl bir il 365 gün 6 saat hesablanıb. Qərara alınıb ki, ilin günlərinin tam olması üçün dörd il 365 gündən, bir il isə 366 gündən hesablansın. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, 6 ay isə 31 gün müəyyən edilir. Sezarın əmri ilə 365 gün çəkən illərin son ayından 1 gün çıxılır. O zaman ilin son ayı fevral olduğu üçün bu ay 4 ildən bir 30, digər illərdə isə 29 gün hesablanır. Sezar başqa bir əmri ilə aylardan birinə öz adını verir. Hazırda iyul ayı olaraq qəbul olunan ad Yuli Sezarın şərəfinə belə adlandırılıb. Sezardan sonra hakimiyyətə gələn Oktavian Avqust iyul ayından sonrakı aya öz adını qoyur. Beləliklə avqust ayı da Oktavian Avqustun şərəfinə belə adlandırılır. Lakin, təqvimə görə, iyul ayı 31, avqust ayı isə 30 gün olub. Bunu qəbul edə bilməyən Oktavian Avqustun göstərişi ilə fevral ayından daha bir gün azaldılaraq avqust ayına əlavə edirlər. Nəticədə fevral ayındakı günlərin sayı 28 günə (dörd ildən bir 29 gün) düşür.

DİGƏR XƏBƏRLƏR

Top