Lerik Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Bununla bağlı icra başçısı Rövşən Bağırov əmr imzalayıb.
Əmrə əsasən, Ramal Kaməddin oğlu Məstiyev Lerik icra başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.
Qeyd edək ki, Ramal Məstiyev Lerik şəhərində anadan olub, 29 yaşı var. Yeni təyinata qədər R.Məstiyev Lerik Aqrara İnkişaf Mərkəzində böyük məsləhətçi vəzifəsində çalışıb. (Modern.az)