Brayantın erməni pilotu qəzadan dəqiqələr əvvəl təhlükəli manevrlər edibmiş - ANBAAN VİDEO


Məşhur basketbolçu Kobe Brayant və daha 9 nəfərin öldüyü helikopterin qəzadan əvvəl çəkilən görüntüləri yayılıb.
Yeniavaz.com "Dailymail"ə istinadla xəbər verir ki, yeni ortaya çıxan görüntülərdə pilotun hava şəraiti ilə bağlı sərt manevrlər etdiyi ortaya çıxıb. Hadisəni kamera vasitəsilə qeyd edən "Twitter" istifadəçisi belə deyib:
"Evimin üstündə helikopterin qəribə şəkildə uçduğunu gördüm. Bu səbələ onu kameraya çəkməyə başladım. Təəssüf ki, Kobe Brayantı lentə aldığımı bilmirdim. Bundan dəqiqələr sonra qəza baş verib".
Qeyd edək ki, bu qəza barədə yeganə dəlil deyil. "Nypost" qəza anının səsinin düşdüyü video görüntüləri təqdim edib. Görüntülərdə Califoriya sakinlərindən Ronna Leavitt adlı şəxs həyət evlərinə yerləşdirdiyi kameraya məşhur basketbolçu Kobe Brayantın öldüyü helikopter qəzasının səsinin düşdüyünü bildirib. O, həmin qəza anının səsini müstəntiqlərə təhvil verdiyini bildirib. Xatırladaq ki, məşhur basketbolçu və daha 8 nəfər erməni pilot Ara Zobayanın idarə etdiyi helikopterin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top