Çin aviaşirkəti Bakıya uçuşları dayandırdı

Çinin "China Southern Airlines" aviaşirkəti Quançjou-Bakı-Quançjou marşrutu ilə birbaşa uçuşları dayandırıb.

Bu barədə "China Southern Airlines"ın Bakı nümayəndəliyi məlumat yayıb.

Qeyd olunub ki, Quançjou-Bakı aviareysi martın 29-dək dayandırılıb:

"Səbəblər hələlik məlum deyil. Bizə bu barədə Çində "China Southern Airlines"dən bildiriblər". (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top