Daha bir namizəd geri addım atdı


46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Əsmər Əliyeva namizədliyini geri götürüb.
Yeniavaz.com xəbər verir ki, o bu haqda feyzbukda yazıb və şəxsi səbəblərə görə belə bir addım atdığını bildirib: “Əziz və dəyərli Şirvan camaatı, dostlar! Təəssüf hissi ilə bildirmək istəyirəm ki, şəxsi səbəblər məni bu yolu tamamlamaq imkanından məhrum etdi. Şirvan camaatının qəlbində etdiyim yer, onlarda deputata və namizədlərə sönmüş həvəsin yenidən oyanmasına nail olmaq mənim qələbəm oldu. Məni bu yolda Şirvanın Meqan Marklı və Qənirə Paşayevası da adlandırdılar.Mən inanıram ki Şirvan camaatı seçkilərdə aktiv olacaq və öz namizədini layiqincə seçəcək!”.

DİGƏR XƏBƏRLƏR

Top