Erməni idmançı azərbaycanlı ilə döyüşdən imtina etdi


Rusiyanı təmsil edən erməni əsilli idmançı Eduard Vartanyan azərbaycanlı döyüşçü Nəriman Abbasovla görüşdən imtina edib. 
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Nəriman Abbasov şəxsi “Instagram” hesabında məlumat verib: “Rusiyalı döyüşçü Eduard Vartanyan qorxdu və mənimlə görüşdən imtina etdi. O, özü çağırış etmişdi və mən dərhal razılıq verdim. Rəsmi danışıqlar zamanı o, geri çəkildiyini bildirdi. Çempionluq titulunu qorumaq üçün başqa namizədi gözləyirəm”.
Qeyd edək ki, Nəriman Abbasov “Fight Nights” çempion titulunu qorumaq üçün Moskvada erməni Eduard Vartanyanla üz-üzə gəlməli idi.

DİGƏR XƏBƏRLƏR

Top