Koronavirusa kimlər yoluxmur?


Koronavirus 35-50 yaş arası kişilər üçün daha çox təhlükəlidir.
Yeniavaz.com xəbər verir ki, “Lenta.ru” bu barədə Rusiyada tibb sahəsində yüksək çinli mənbəyə istinadla xəbər verib.
“Məlumata görə, bugünə qədər bu virus sosial vəziyyətindən asılı olmayaraq, 35-50 yaşlarında olan kişilər üçün daha böyük təhlükə yaradır.
Buna görə də ölən və yoluxanlar arasında bu yaş kateqoriyasından olan kişilər üstünlük təşkil edirlər. Uşaqlar və hamilə qadınlar isə demək olar ki, yoluxmurlar”- deyə, mənbə qeyd edib.
Qeyd edək ki, rəsmi rəqəmlərə görə koronavirusdan 132 nəfər dünyasını dəyişib, 30 453 nəfərin virusa yoluxma ehtimalının olduğu, 6087 nəfərin isə virusdan təsirləndiyi açıqlanıb.
Virusun insandan insana yoluxduğu bildirilir. Küçədə gəzərkən maska, eynək və əlcəkdən istifadə edilməsi, insanların bir-biri ilə mümkün olan qədər təmasa girməməsi tövsiyyə edilir.     
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top