Azərbaycanın sabiq xarici işlər naziri vəfat etdi - FOTO


Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat edib.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, o, İsveçrədə 82 yaşında dünyasını dəyişib. 
Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı. 
Qeyd edək ki, T.Qasımov 1938-ci ildə Ağstafa rayonunda anadan olub. O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı. 

DİGƏR XƏBƏRLƏR

Top