Bakıda silahlı şəxs saxlanıldı


Bakıda keçmiş məhkumdan tapança götürülüb.
Hadisə paytaxtın Nəsimi rayon ərazisində qeydə alınıb.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, 1957-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Zahid Məlikovdan nömrəsi silinmiş “Minta-37” markalı tapança, darağında 3 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, ötən gün Bakıda bir nəfərdən də tapança götürülüb. (report)

DİGƏR XƏBƏRLƏR

Top